Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib
İcra başçısını söydü, 100 manat cərimə olundu
ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski


30.08.2025  23:44 

İndoneziya Prezidenti Çin səfərini ləğv edib, buna görə...





A+  A-

İndoneziya Prezidenti Prabovo Subianto ölkədəki iğtişaşlar səbəbindən Çinə planlaşdırılan səfərini ləğv edib.

XəzərNews.az xəbər verir ki, o bu barədə İndoneziyanın dövlət katibi Prasetyo Hadi xüsusi videomüraciətində bildirib.

"Bu daxili dinamika ilə bağlıdır. Prezident Prabovo Subianto Çin Xalq Respublikasının hökumətinə dərin hörmət və üzrxahlıqla tədbirdə iştirak etməmək qərarına gəlib", - deyə İndoneziyanın dövlət katibi bəyan edib.

Qərar, optimal həll yollarının axtarışında vəziyyəti birbaşa izləməyə və birbaşa idarə etməyə davam etmək istəyi ilə bağlıdır.

Xatırladaq ki, paytaxt Cakartada minlərlə insanın qatıldığı etiraz aksiyası davam edir. Nümayişçilər bir həftədir ki, iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması, həmçinin parlamentin buraxılmasını tələb edirlər. Aksiyalar zamanı 21 yaşlı motosiklet taksi sürücüsünü polis maşını vurub, bundan sonra etirazçıların qəzəbi hüquq-mühafizə orqanlarına yönəlib.

Nuray Zahidqızı

Xəbər 830 dəfə oxunub.




04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +