Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib


03.05.2023  18:27 

Qarabağ ermənilərinin yeni lider kim ola bilər?





A+  A-

Prezident Əliyevin Şuşadakı son çıxışını və ABŞ Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi sorğunu nəzərdən keçirir, mesajları və nəticələri müqayisə edirəm. Ermənistan bir kvazi dövlət və cəmiyyət olaraq böhran içindədir.

Erməni cəmiyyəti bir tərəfdən İran və Fransanı öz "təhlükəsizlik tərəfdaşı" sayır, digər tərəfdən də Azərbaycan və Türkiyəni düşmən görməkdə davam edir.

Buna paralel olaraq dövlətin idarəçiliyinə skeptik yanaşır, siyasət və seçki institutuna inanmır. Ermənistan demokratiyası barədə nağıllar tam iflasa uğrayıb.

Onun əvəzinə korrupsiyadan narazılıq inkişaf edir.

Prezident Əliyev "sülh sazişi imzalamırlarsa, imzalamasınlar" anlamında İrəvana səsləndi və bildirdi ki, dünyanın dəyişən arxitekturasında yer tutmaq istəyirlərsə, bu şansı qaçırmasınlar.

Ancaq erməni cəmiyyətinin tarixi xəstələyi bu mesajlara rasional yanaşmalarına imkan verməyəcək.

Belə bir situasiyada Qarabağın erməni icmasından çıxacaq yeni liderin tipi çox önəmlidir. Qarabağın erməni icmasından çıxacaq bir lider düşünün: o, hərbi cinayətlərdə iştirak etməyib, Azərbaycana müraciət edərək vətəndaşlığımızı qəbul edir və dövlətimizin qoruması altına girir, mənsub olduğu icmanın ölkəmizə re inteqrasiyası üçün fəaliyyətə başlayır.

Yaxın zamanlarda bu addımı atmağa ağlı və cəsarəti çatacaq Qarabağ ermənilərinin nümayəndəsi ilk vaxtlar öz soydaşlarının müqaviməti ilə üzləşsə belə, qısa vaxtda yeni dövrün konfiqurasiyasında Qafqazın ən önəmli siyasi xadimlərindən biri olacaq.

Taleh Şahsuvarlı

Xəbər 2444 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +