Avtobusda sürücü və sərnişin arasında ƏLBƏYAXA DAVA - VİDEO
Zelenski Azərbaycana təşəkkür edib
Donetsk vilayətində 3 kənd işğaldan azad edilib
Vitse-prezident Ukraynadakı münaqişənin altı aya həll olunacağına bildirib
İsraildən QİSAS ƏMƏLİYYATI - Yəmənin paytaxtında...-FOTO
“Sədərək“ ticarət mərkəzində yanğın başlayıb
Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO


25.11.2021  11:06 

Bu metro gələn il istifadəyə veriləcək - Video





A+  A-

Bakıda Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B-4” olan metrostansiyasının inşası davam edir. Artıq stansiyanın bəzi hissələrində işlər yekunlaşmaq üzrədir. Uzun müddətdir ki, Xocasən qəsəbəsində də yeni stansiyanın tikintisi aparılır. Bu stansiyanın gələn ilin sonuna istifadəyə veriləcəyi nəzərdə tutulub.

Paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən yeni metro stansiyasında tikinti işləri sürətləndirilib. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə icra edilir. Şərti adı B-4 olan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşir

Stansiyada tikinti işləri üç zonaya bölünməklə aparılır.

Bakı Metropoliteni Qapalı Səhmidar cəmiyətinin tikinti departamentinin rəhbəri Məzahir Nəbiyev bildirib ki, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan bu üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına şərait yaradır. Onun sözlərinə görə, artıq metronun tunellərində işlər yekunlaşıb.

Departament rəhbəri əlavə edib ki, yeni stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq və 4 giriş-çıxışının olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Məzahir Nəbiyev Xocasən stansiyasında işlərin nə vaxt yekunlacağına da aydınlıq gətirib. O bildirib ki, tikintisi davam etdirilən stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.(xezerxeber.az)



Xəbər 3345 dəfə oxunub.




24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +