Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO
İranda terror qruplaşması:7 nəfər öldü
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?
Ukrayna torpaqlarını hədiyyə etmiyəcəyik -Zelenski
Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq


07.01.2021  10:43 

Rəşad Atakişiyevin doğulduğu gündür...





A+  A-

Bu gün Azərbaycanın mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
XəzərNews.az xəbər verir ki, R. Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. O, 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olub. 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasını yüksək nəticələrlə başa vurub.

Polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R. Atakişiyev həlak olub. Onun nəşi ötən ilin avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib. Pilotun iki oğul övladı yadigar qalıb.



Xəbər 3810 dəfə oxunub.




24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +