Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
Eyfel qülləsi bağlanıb
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Kişi olmadığını məhkəmədə sübut edəcək
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...


05.01.2024  15:19 

Prezident pravoslav xristian icmasını təbrik edib





A+  A-

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Xəzərnews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Xəbər 6640 dəfə oxunub.



18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +