Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


05.09.2025  16:53 

Piyadanı vuran sürücünü döydülər





A+  A-

Bakıda yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən iki şəxsdən birini avtomobil vurub.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 4-də Nərimanov rayonu, Qafur Murad küçəsində saat 13:00-da qeydə alınıb.

Hadisədən sonra xanımın yanında olan şəxs sürücüyə hücum çəkib və onu döyüb.

Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, "Toyota" markalı avtomobilin sürücüsü piyadanı vurub.

"Hadisə zamanı sürücü ilə piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranıb. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir", - deyə C.Qənbərli bildirib.

Xəbər 2383 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +