Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var


01.09.2023  20:47 

Zod təxribatı: Azərbaycan Fransanı, yoxsa Rusiyanı söyməlidir?





A+  A-

Bəziləri yazır ki, Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri tərəfindən Kəlbəcər rayonu ərazisindəki mövqelərimizə zərbə endirməsi Rusiyanın törətdiyi növbəti təxribatdır. Ona görə də Azərbaycan Fransanı yox, məhz Rusiyanı söyməlidir.

Rusiyanın mövqeyi bəllidir. Rəsmi Moskva nəyin bahasına olursa olsun Qarabağda qalmağa və Qarabağ problemi üzərindən həm Azərbaycan, həm də Ermənistanı öz təsir dairəsində saxlamaq istəyir. Ən böyük istəkləri isə odur ki, 2025-ci ildən Qarabağdan çıxmasınlar, əksinə Qarabağa qalmaq müddətini ən azı 5 il müddətinə də uzatsınlar.

Bəs Fransa nə istəyir? Rəsmi Paris Ermənistan üzərindən Cənubi Qafqaza girməyə və burada söz sahibi olmağa çalışır.

Mənim baxışıma görə, Azərbaycan Türkiyənin, eləcə də digər müttəfiqlərinin köməyi ilə 2025-ci ildə, bəlkə də daha tez, Qarabağdan çıxaracaq. Azərbaycan heç bir halda Rusiya “pismərmalı”larının Qarabağda qalmasına razı ola bilməz, olmayacaq da. Rusiya Cənubi Qafqazdan nə qədər tez getsə, bir o qədər yaxşıdır.

Rusiyanın Cənubi Qafqazdan gedişi Azərbaycanın, eləcə də Türkiyə, Ermənistan, Gürcüstan, hətta İranın da xeyrinədir.

Bəs Fransanın Cənubi Qafqaza gəlişi Azərbaycana lazmdırmı? Qətiyyən lazım deyil. Fransa ilə müqayisədə Rusiya bizim üçün daha məqbuldur. Niyə? Çünki Azərbaycan+Türkiyə Rusiyaya ilə bir çox məsələlərdə anlaşa bilər. Azərbaycanın ifrat ermənipərəst Fransa ilə anlaşması qətiyyən mümkün deyil. Onu da unutmayaq ki, Türkiyə ilə də Fransanın münasibətləri kifayət qədər gərgindir. Fransanın Cənubi Qafqaza gəlişi kimə lazımdır? Təbii ki, ilk növbədə Ermənistana. Sonra kimə?

Gürcüstana. Sonra kimə? Sonrası yoxdur. Azərbaycan+Türkiyə və İran bu gəlişin əleyhinədir...

Bəli, Rusiya pisdir, ancaq Fransa da bir şey deyil. Ümumiyyətlə, biz bu və ya digər ölkəyə münasibətimizi həmin ölkənin Azərbaycana, xüsusən Qarabağ probleminin həllində tutduğu mövqeyə əsasən müəyyən etməliyik.

Mənim baxışıma görə, kim Fransanı tərifləyirsə, o, elə Ermənistanı tərifləyir. Ermənilərə nökərçilik etməklə məşğuldur...

Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı çıxan istənilən dövlətə biz adekvat cavab verməliyik. Başqa cür ola da bilməz. Bizim üçün Azərbaycanın maraqları hər şeyin fövqündə olmalıdır...

Biz amerikalı, rus, fransız, ingilis, fars...deyilik. Biz Azərbaycan vətəndaşıyıq.

Vətənimizin maraqlarının keşiyində durmaq hər birimiz üçün şərəf məsələsi olmalıdır. 5 manata görə hansısa dövlətə əyilən, onun maraqlarının müdafiəçisinə çevrilən bizdən deyil. Öncə Vətən, sadəcə şüar olmamalıdır. Bu, həyat amalına çevrilməlidir. Mustafası budur ki, vətənlə alver etmək olmaz...

Elbəyi Həsənli
Sürix


Xəbər 3565 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU


BÜTÜN XƏBƏRLƏR +