Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


16.07.2022  11:08 

General barəsində 3 aylıq həbs tədbiri seçildi





A+  A-

14 iyulda saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Səbail Rayon Məhkəməsində qərar verilib. Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına ötən axşam növbətçi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb. Prosesdə vəsatət təmin edilib və M.Rəsulovun istintaq müddətində həbsdə qalması üçün ilkin olaraq 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Rəsulovun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun, gömrükdə müsadirə edilmiş külli miqdarda siqaretin təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məsuliyyətə cəlb olunub.

Xəbər 3061 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +