Azərbaycanlı rus dronunun qurbanı oldu -FOTO
Tanınmış müğənninin yarım milyonluq evi
Hava limanı bağlandı
Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib


17.05.2022  10:19 

“Manatın alıcılıq qabiliyyəti sürətlə aşağı düşür” - Ekspert





A+  A-

“2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM (Ümum daxili məhsul) 7,2 faiz artıb – ilk baxışdan çox yaxşı göstəricidir. Səbəblərini araşdıranda görürsən ki, yenə əlahəzrət neft-qaza görə belə bir artım baş verib. Neftin, qazın qiyməti dünyada kəskin bahalaşıb deyə, ölkəmizin makroiqtisadi göstəriciləri də yaxşılaşıb”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edib ki, dünyada iqtisadiyyatla məşğul olan alimlərin bir çoxu tək ÜDM artımını ciddi makroiqtisadi göstərici kimi qəbul etmirlər, əsas məsələ ölkənin yaratdığı əlavə dəyərin adil bölüşdürülməsidir. Yəni, ÜDM artımı ölkədə vətəndaşların sosial vəziyyətinə müsbət təsir etməlidir, əgər etmirsə, deməli iqtisadi və idarəetmə sistemində ciddi problemlər var.

Natiq Cəfərli bildirib ki, bu ilin əvvəlinə olan rəsmi məlumatlara görə orta aylıq maaş Azərbaycanda 475 dollar, Gürcüstanda 488 dollar, Ermənistanda isə 521 dollar təşkil edib. Bu ilin mart ayının sonuna rəsmi inflyasiya isə Azərbaycanda 12,2​ faiz, Gürcüstanda 11,faiz, Ermənistanda isə 7,4 faiz olub – bizdə həm orta aylıq maaş azdır, həm də inflyasiya yüksəkdir. Bu isə o deməkdir ki, yüksək inflyasiya manatın alıcılıq qabiliyyətini sürətlə aşağı düşürür:

“Yəni, ÜDM-in artım tempinin ölkə vətəndaşına pozitiv təsiri minimumdur, bunun səbəbi isə iqtisadiyyatda deyil, səbəb qeyri-effektiv idarəetmə sistemində, sosial siyasətin düzgün dizayn edilməməsindədir”.

Xəbər 9067 dəfə oxunub.




04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +