Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


20.02.2019  13:11 

Ermənilərlə qohum olan Ağadadaş dünənki görüşdən qovulub





A+  A-

Xəbər verdiyimiz kimi, dünən Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Çeçenistan tərəfindən isə prezident Ramzan Kadırovun köməkçisi Adam Delimhanov iştirak edib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Prezident otelində baş tutan görüşdə çağırılmamış qonaq isə Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov olub. O və tərəfdaşları həmin məkandan uzaqlaşdırılıb. Bu barədə Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov məlumat yayıb.

Onun sözlərinə görə, A. Kərimov tədbirdə ermənilərin mövqeyini qorumağa çalışıb: “Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır”.







Xəbər 3692 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +