Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


28.11.2018  16:21 

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçdi





A+  A-

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçdi. Bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.
XəzərNews.az xəbər verir ki, QDİƏT-in Parlament Məclisinin İrəvanda noyabrın 27-dən işinə başlamış, Milli Məclisin Aqrar Siaysət Komitəsinin sədr müavini Eldar Quliyevin, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qatıldıqları 52-ci plenar sessiyası bu gün də davam edib. Tədbirdə təşkilatın regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu, həmkarlar ittifaqının cəmiyyətlərə təsiri, bölgənin turizm potensialı və perspektivi mövzularında müzakirələr aparılıb.

Məlum olduğu kimi, sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib.

Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir. Qaydaya görə, Məclisə sədrliyi həyata keçirən ölkənin parlamentinin rəhbəri başçılıq edəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov olacaq.

Xəbər 3232 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +