Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


30.10.2018  09:25 

“Elite Academy” təhsil şirkəti 60-dan artıq insanı aldadıb - VİDEO





A+  A-

Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub.
XəzrNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən "Elite Academy" təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.

İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar.

Zərəçəkənlərin arasında Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var. İndi onlar da digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.

Özünü "Elit Academy" şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirdi ki, həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.

Zərərçəkənlər isə bildirirlər ki, şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib. Buna inanan bəzi vətəndaşlar müqavilələrini şirkətə geri veriblər. Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.

Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər. Yarımçıq qalan suallara cavab almaq üçün şirkət rəhbəri ilə yenidən əlaqə saxlamaq istəsək də, bu, nəticəsiz qaldı.

Şirkət isə hazırda fəaliyyətini davam etdirir. Hər gün insanlar xaricdə təhsil üçün bura müraciət edirlər.


Xəbər 3690 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +