Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var


13.03.2017  14:38 

İcra başçısının tikinti şefi ölkədən qaçdı - Siyasi sığınacaq istədi





A+  A-

Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun "sağ əli” hesab edilən "Dayaq” MTK-nın sədri Səbuhi Hümbətov Azərbaycandan qaçıb.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, Kanadadan siyasi sığınacaq istəyən MTK sədri icra başçısının tikinti işlərinə uzun illər rəhbərlik edib, onun adından imza atmaq, müqavilə bağlamaq, lazımi qurumlarda onu təmsil etmək səlahiyyətinə malik olub. Əsas iş yeri, ofisi Nizami rayonu, Naxçıvanski 8A ünvanında rəhbərlik etdiyi MTK-nın tikdiyi hündürmərtəbəli yaşayış kompleksində yerləşib. Başçının bütün işlərini etibar etdiyi şəxsin qəfildən ondan imtina etməsi və Müsavat partiyasının üzvü kimi mühacirətə getməsi bir çox söz-söhbətlərə səbəb olub. S.Hümbətovu tanıyan şəxslərin sözlərinə görə, o, başçıdan möhkəm inciyib, indiyə kimi ona verdiyi vədləri yerinə yetirmədiyinə görə, bütün işləri yarımçıq buraxaraq ölkəni tərk edib.

Məlumata görə, kifayət qədər intellektli şəxs olan MTK sədri başçıdan dövlət işi istəyirmiş. O, 3 dəfə dövlət qulluğuna imtahan verib və hər birində yüksək bal toplayıb. Lakin nədənsə onu işə götürməyiblər. Belə bir vəziyyətdə də icra başçısının kömək etməməsi onu narazı salıb və heç bir icazə, razılıq almadan belə bir addım atıb.

Məlumat üçün bildirək ki, Niyazi Bayramov 1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsindən azad olunandan sonra tikinti işləriylə məşğul olub. O? Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmaqla yanaşı həm də Bakıda göydələnlər (məsələn, Ambasador otellə üzbəz-üz 11 mərtəbəli yaşayış kompleksi – red.), obyektlər tikib.

14 aprel 2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı təyin olunandan sonra isə bu işləri Səbuhi Hümbətova tapşırıb. S.Hümbətov icra başçısının işləri ilə yanaşı onun qızının qayınatası olan Gənclər və İdman naziri Azad Rəhimovun da tikintilərinə nəzarət edirmiş.


Xəbər 3568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU


BÜTÜN XƏBƏRLƏR +