Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


26.09.2025  11:32 

Lavrov NATO və Aİ-ni Rusiyaya qarşı müharibədə ittiham edib





A+  A-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO və Avropa İttifaqını “Ukrayna vasitəsilə Rusiyaya müharibə elan etməkdə və bu müharibədə birbaşa iştirak etməkdə” ittiham edib.

O, bu barədə sentyabrın 25-də “İyirmilik” (G20) qrupunun xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

XəzərNews.az xəbər verir ki, məlumatı “Rossiyskaya qazeta” yayıb.

Lavrov iddia edib ki, “Ukraynada kollektiv Qərbin təhrik etdiyi böhran NATO və Avropa İttifaqının Rusiyaya qarşı real müharibə elan etməsinin bariz nümunəsidir və bu müharibədə onlar birbaşa iştirak edirlər”.

Nazirin sözlərinə görə, dünyada qeyri-sabitliyin artmasına guya BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməməsi səbəb olub:

“BMT Nizamnaməsinin prinsiplərinə əməl etməkdən imtina – neokolonial ambisiyaların təzahürüdür. Bu isə qlobal qeyri-sabitliyin artmasına və regional münaqişələrin dərinləşməsinə gətirib çıxarır”.

Xəbər 3784 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +