Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək
Şahin Bağırov rəis müavini təyin etdi
Alı Alıyevin nümayəndəsinə “stop“ qoyuldu


24.09.2025  11:40 

Dərnəgül bazarının arxasındakı evlər sökülür





A+  A-

Bakıda daha bir ərazidə fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı hazırlıq işlərinə start verilib.

XəzərNews.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü Nərimanov rayonunun PY UA 38/10 ünvanında – Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.

Küçə boyunca evlərdə ölçü götürülüb, hətta divarlara işarələr də qoyulub. Əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının gəldiyi bildirilir. Hazırda layihə ilə bağlı rəsmi açıqlama verilməsə də, sakinlər arasında evlərin yaxın vaxtlarda söküləcəyi barədə məlumat dolaşır.

Qeyd edək ki, paytaxtda qəzalı və istismar müddəti bitmiş evlərin söküntüsü təhlükəsizliyin təmin olunması və müasir şəhərsalma tələblərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Dərnəgül tikinti bazarının sökülkəcəyi, bazarda fəaliyyət göstərən sahibkarların “Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi bildirilirdi.

Xəbər 4749 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır

03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı


BÜTÜN XƏBƏRLƏR +