Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


18.02.2025  11:57 

Böyük Britaniya Ukraynaya qoşun göndərə bilər





A+  A-

Böyük Britaniyanın əsas siyasi partiyalarının nümayəndələri baş nazir Keir Starmerin müharibədən sonrakı proses çərçivəsində Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı qərarının parlamentdə səsverməyə çıxarılmasını istəyiblər.

XəzərNews.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məqalədə deyilir ki, bəzi qanunvericilər xüsusilə münaqişə zonasına qoşunların yerləşdirilməsi ilə bağlı riskləri nəzərə alaraq, parlamentin qərarda iştirak etməli olduğuna inanırlar. Eyni zamanda, digər siyasətçilər parlamentin hərbi qərarların qəbuluna həddindən artıq müdaxiləsinə qarşı xəbərdarlıq edirlər.

Leyboristlər Partiyasının lideri Clive Lewis Politico-ya bildirib ki, parlament müzakirəsinə ehtiyac var, çünki Britaniya qoşunlarının Ukraynaya göndərilməsi onları “ABŞ-ın dəstəyi olmadan nüvə dövləti təhlükəsi” ilə üz-üzə qoya bilər. O, belə bir addımın atılması üçün ictimai dəstəyin vacib olduğunu, bunun təmin edilməsində parlamentin əsas rol oynadığını vurğulayıb.

Liberal Demokrat Partiyasının sözçüsü Helen Maguire bildirib ki, partiya hökumətin Ukrayna ilə bağlı təkliflərini dəstəkləyib, lakin qoşunların yerləşdirilməsi ilə bağlı parlamentin söz sahibi olmasında təkid edib.



Xəbər 2004 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +