Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


16.02.2025  17:03 

Nazirin internetlə bağlı paylaşımı tənqidə səbəb oldu - Foto/Fakt





A+  A-

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin paylaşımı müzakirələrə, daha doğrusu tənqidə səbəb olub.

XəzərNews.az xəbər verir ki, nazir “Facebook” hesabında internetin sürətinin artması barədə paylaşım edib.

“2024-cü ildə ölkəmizdə sabit #genişzolaqlı internetin orta sürəti 2023-cü illə müqayisədə 30.3 Mbit/s artaraq 65.6 Mbit/s təşkil edib”, – nazir yazıb.

Nazirinin bu paylaşımı izləyiciləri tərəfindən tənqid olunub. Sosial şəbəkə istifadəçiləri “Tarifə uyğun internet verilmir”, “Gəncə şəhərində sürət 30-dan yuxarı deyil”, “Kağız üzərində hər şey çox gözəl görsənir”, “Qiyməti nə qədər olub? 10 azn indi olub 25 azn” və s. şərhlər yazılaraq internetin qiymətinin baha olmasından şikayət ediblər.

Xatırladaq ki, 2024-cü il avqust ayından Azərbaycanda 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN tariflər tətbiq edilir. Daha əvvəl qiymətlər 50 Mbit/s internet üçün 15 AZN-dən başlayırdı.








Xəbər 2975 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +