Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib





A+  A-

“KTMT 2021-ci ildə öz müşahidə missiyasını Ermənistana göndərməyi razılaşdırmışdı. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün sonra konsensusun olmadığını bildirdi”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, Paşinyan öz qərarını bir gecədə dəyişib.

Lavrov qeyd edib ki, 2021-ci ilin payızında İrəvanda keçirilən görüş zamanı KTMT-nin Ermənistandakı missiyasının mandatı tam olaraq razılaşdırılıb: “Gecəyə qədər müzakirə etdik, hər şeyi təsdiq etdik, səhər prezidentlər və baş nazirlər görüşdükdə isə aydın oldu ki, qərarla bağlı razılıq yoxdur.

Bir neçə gündən sonra isə Paşinyan Ermənistana Avropa İttifaqının müşahidə missiyasını çağırdı və Azərbaycana bunun yalnız 2 ay davam edəcəyini vəd etdi. Buna baxmayaraq, 2 aydan sonra Aİ bu missiyanı ikiqat artırdı. İndi oraya Kanada, Norveç və ABŞ-dən hərbçilər göndərilir və bu, Şimali Atlantika missiyasına çevrilir”.

Xəbər 5194 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +