İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


20.04.2018  11:25 

16 yaşlı qız özünü telefona görə öldürüb





A+  A-

Dünən Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar etməsi hadəsisi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, orta məktəbin 10-cu sinif şagirdi olan 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı əməsi oğlu ilə dalaşandan sonra həyatına qəsd edib. Belə ki, əmisi oğlu 16 yaşlı Aytacın telefon işlətməsini ona irad tutub. Yeniyetmə qız isə atasının ona telefon almadığını, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, kiminləsə yazışmadığını deyib. Bundan sonra əsəblərinə hakim ola bilməyən qız dama gedərək özünü asıb.

Bayxanlı kənd orta məktəbinin direktoru Firudin Qürbətov bildirib ki: “Aytac Kamranova yaxşı davamiyyəti olan, məsuliyyətli və tərbiyəli şagird olub. Son iki gün idi dərsə gəlmirdi. Valideynləri noxud alağı üçün icazə alıb. Buna görə də hadisənin baş verdiyi gün, yəni dünən də dərsdə olmayıb. Bununla belə məktəbin ən sevilən, tərbiyəli, qanacaqlı şagirdlərindən biri idi. Hadisənin səbəbi araşdırmadan sonra dəqiq bilinəcək”.

Qeyd edək ki, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xəbər 3138 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +