Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


01.12.2017  15:43 

Əli Həsənov misirli jurnalistlərlə görüşdü





A+  A-

Dekabrın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüşdə Əli Həsənov qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışıb. Azərbaycanın özünün tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalar arası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb.

Əli Həsənov müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, xalqlarımızın və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmini qeyd edib, misirli jurnalistlərin suallarını cavablandırıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən məmnunluqlarını ifadə edib, görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlara son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti və qətliamlarla bağlı faktların yer aldığı nəşrlər təqdim olunub.

Xəbər 3183 dəfə oxunub.




23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +