Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


30.11.2017  21:19 

Təsdiq üçün “selfie” tələb oluna bilər - “Facebook”dan yenilik





A+  A-

“Facebook” sosial şəbəkəsi tezliklə ənənəvi fotoşəkil kodunun daxil edilməsini istifadəçinin “selfie” üzrə identifikasiyası ilə əvəzləyə bilər.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, bəzən “Facebook”a daxil olan zaman sosial şəbəkə istifadəçinin üzünün dəqiq göründüyü fotoşəkili tələb edir.

Tanınma sistemi identifikasiya uğurla başa çatandan sonra fotonun silinəcəyini bildirir.

“Facebook” nümayəndələrinin sözlərinə görə, tədbirlər şübhəli fəallığı məhdudlaşdırmaq və istifadəçi məlumatlarını qorumaq üçün tətbiq edilir. Oxşar tələb çoxlu dostlar əlavə olunanda, ödəniş funksiyalarının qurulması və ya reklam elanlarının yaradılması zamanı görünə bilər. “Selfie” kodlu fotoşəkildən daha etibarlıdır və fərdi informasiyanı üçüncü şəxslərdən mühafizə edir.

Bildirilir ki, fotoşəkil “Facebook”un təqdim etdiyi yeganə identifikasiya üsulu olmasa da, indiyədək hansı hərəkətlərin şübhəli kimi qiymətləndiriləcəyi və istifadəçi sifətlərinin fotoşəkilinin neçə dəfə çəkilməsinin tələb olunacağı aydın deyil. Sosial şəbəkə əməkdaşları yeniliyin mütləq olacağı ilə bağlı sualı cavabsız qoyublar. “Facebook”a girişin tezliklə “selfie” ilə olacağı ehtimal edilir.

Dəyişikliklər sosial şəbəkə servislərindən istifadəni çətinləşdirməklə aktiv istifadəçi sayının azalmasına səbəb ola bilər.

Xəbər 2647 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +