Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


27.10.2017  12:41 

Hikmət Qubadov ATV-nin vitse-prezidenti təyin olunub?





A+  A-

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Azər Xəlilov keçmiş işçisi Hikmət Qubadovu özünə vitse-prezident təyin edib.
XəzərNews.az xəbər verir ki, H.Qubadov sosial şəbəkədəki profili ilə “bu gündən ATV-nin vitse-prezidenti vəzifəsinin icrasına başladım” ismarcını paylaşsa da sonradan bu paylaşımı silib.
H.Qubadov CBC televiziyasının hüquqşunası vəzifəsində çalışıb.
Qeyd edək ki, bir az əvvəl ATV-nin vitse-prezident vəzifəsinə Vaqif Aydınoğlu, Fuad Cabbarov və Lamiyə Ələkbərovanın adı hallansa da Azər Xəlilov heç bir rəsmi təyinatın olmadığını bəyan etmişdir.
Fuad Cabbarov ATV-yə vitse-prezident təyin olunandan sonra cəmi bir neçə gün işə çıxıb. ATV-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib. ATV-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır.
Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir. Onlardan da birinin Hikmət Qubadov olduğu bildirilir.
H.Qubadov həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədovun yaxın qohumudur.

Xəbər 3769 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +