Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


26.10.2017  12:34 

CNN-in jurnalisti Azərbaycanın “qara siyahı”sına salındı





A+  A-

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Bourdaynin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur “Buzzfeed news” media orqanına müsahibə verib.
XəzərNews.az xəbər verir ki, müsahibəsində Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün Antoni Bourdaynin adının arzuolunmaz şəxslər siyahısına daxil ediyildiyini bildirib.

“Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərindən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.
Həmçinin, H.Hacıyevin Twitter profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb:

“Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.

Xəbər 2589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +