Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


16.06.2023  11:22 

Avtomobildə 5 kq narkotik aşkarlanıb





A+  A-

Lənkəranda avtomobildə 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Amil Maliyev və Bakı şəhər sakinləri Nəriman Əzimov və Elçin Ağayev sonuncunun idarə etdiyi "Toyota Prius" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı A.Maliyev, N.Əzimov və E.Ağayevin həmin narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 50 nəfər saxlanılıb.

Xəbər 2781 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +