Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...


28.07.2020  18:23 

Bu şəxslər Rusiyadan ekstradisiya edildi





A+  A-

“Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycana ekstradisiya edilmələri barədə sorğu edilib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, Şirxan Abdullayevin – 15 mart 2015-ci il tarixdə Gəncə şəhərində aralarında baş vermiş münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına; Elvin Cəfərovun – 03 aprel 2017-ci il tarixdə Bakı şəhərində sifariş əsasında qabaqcadan əlbir olan bir qrup şəxslə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə adam oğurluğuna cəhd etməsinə; Fuad Abbasovun – 22 iyun 2019-cu il tarixdə Bakı şəhərində aralarında yaranmış mübahisə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına; Mehdi Şükürovun – 2016-2019-cu illər ərzində bir qrup Azərbaycan vətəndaşları ilə cinayət əlaqəsinə girərək İran İslam Respublikası və Suriya Ərəb Respublikası ərazilərində qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin Rusiya ərazisində yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun sorğusu təmin edilməklə qeyd edilən şəxslər cari il 23 və 27 iyul tarixlərində Azərbaycana ekstradisiya ediliblər.



Xəbər 3339 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +