“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi
Bu qurumların əməkdaşları 5 gün evdən işləyəcək
Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama


08.09.2025  16:54 

Su polisi Xəzərdə brakonyerləri saxladı -





A+  A-

"DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir".

XəzərNews.az nazirliyə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən növbəti tədbir zamanı Xəzər dənizində yerləşən strateji məkanların yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad Xanalıyev saxlanılıb.

O, saxlanılan zaman xüsusi “Yamaha-40”mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində həmin şəxsi dayandırmaq mümkün olub. Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.

Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən artıq bitib. Dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində balıq ovu ilə məşğul olmaq istəyənlərin nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.

Həmçinin, Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri oğurlayan şəxslərə qarşı da mübarizə davam etdirilir.

Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər 1691 dəfə oxunub.




17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +