Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


28.11.2023  00:18 

Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi ruhlandırır -Ceyms O-Brayn





A+  A-

"Biz Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real fürsət görürük".

Xəzərnews.az xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn jurnalistlərin suallarını cavablandırarkın deyib.

"Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi ruhlandırır. Bununla biz bütün regionun faydalanması üçün real fürsət görürük. Məsələn Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı. Eyni zamanda əgər bunun dinc yolla baş verməməsi barədə qərar qəbul edilərsə, o zaman bu cür ticarət yolunun yaradılmasının qarşısını almaq üçün əlimizdən gələn vasitələrdən istifadə etməli olacağıq.

Beləliklə, biz trəflərlə çox açıq danışırıq. Biz bilirik ki, onlar tezliklə sülh sazişi bağlamaqda maraqlı olduqlarını ifadə ediblər və biz bunun baş verməsini görmək istərdik", - ABŞ dövlət katibinin köməkçisi deyib.


Xəbər 2681 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +