AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı


13.01.2021  14:12 

Sosial şəbəkə Sumqayıtda qan saldı





A+  A-

29 dekabr 2020-ci il tarixdə saat 00:00 radələrində Rüstəmov Rahib Rafik oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili-tibbi yardım xəstəxanasına daxil olması barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
XəzərNews.az xəbər verir ki, aparılmış araşdırmalarla Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Samir Qiyas oğlu və 1992-ci il təvəllüdlü Rüstəmov Əli Əfqan oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında zərərçəkmiş Rahib Rüstəmov ilə sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar görüşərək sonuncuya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Rüstəmov və Samir Məmmədov Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar. Əli Rüstəmov və Samir Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 3589 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +