Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


07.04.2017  11:56 

Nardaranda narkotik “bostan”ı tapıldı





A+  A-

Bakının Sabunçu rayonunda narkotik vasitələrinin qanunsuz yetişdirilməsi ilə məşğul olan şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini əvvəllər məhkum olunmuş Faiq Dadaşovun yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dadaşovun yaşadığı ünvana baxış keçirilib və oradan 49 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları, 2045 ədəd çətənə toxumu və 1 kiloqram 415 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3273 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +