“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


27.03.2021  12:05 

Narkotik alverçisinin evindən tapança və xəncər tapıldı





A+  A-

Yevlax rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb.

H. Mustafayevin narkotiki əldə etdiyi digər rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.

A.Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, oradan 1 ədəd naqan tipli revolver və 1 ədəd ona məxsus patron, 1 ədəd qaz tapançası, ona məxsus 2 ədəd qaz balonu və 30 ədəd patron, 1 ədəd xəncər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan hər 3 şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər 3105 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +