XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


03.05.2023  14:20 

“Paşinyan prosesi pozarsa...” - Politoloq





A+  A-

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda davam edən danışıqlar prosesi müsbət nəticə verməlidir. ABŞ bir həftəyə kimi davam edən danışıqlar prosesinin fiaskoya uğramasına qəti şəkildə razı ola bilməz. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin bağlanması istiqamətində Vaşinqtonun təkliflərini qəbul edib. Əgər, N. Paşinyan prosesi pozarsa Vaşinqton tərəfindən dəstəklənməyəcək. İki ölkə arasında münasibətlərin qurulması məhz ABŞ Cənubi Qafqaz siyasətində prioritet təşkil edir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Cəbhə Partiyasının sədrinin müavini Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazdə bildirib ki, ötən gün Rusiya prezidentinin sözçüsü D.Peskov Vaşinqtonun vasitəçiliyinə qarşı olduğunu bəyan etməklə, prosesdən narahat olduqlarını vurğuladı:

“Bununla da Moskva Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara uyğun olaraq Moskvanın vasitəçiliyi ilə sülhün mümkün olacağını mesajinı verdi. Demək olar ki, Kreml Azərbaycan və Ermənistanın ABŞ sülh danışıqlarını qəbul etməyəcəyini elan etdi.

Cənubi Qafqaz uğrunda ABŞ və Rusiya arasında rəqabət yeni mərhələyə keçib. Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olacağı mümkün deyil. Kreml yalnız Ermənistanla sərhəddə təxribatlara əl ata bilər. Amma, Vaşinqton prosesini poza biləcək rıçaqları tükənib. Birtərəfdən Ukraynanın əks-hücumu gözlənilir. Bu Rusiya rəhbərliyinin bütün diqqətini cəbhə bölgəsinə yönlədirəcək. Həmçinin Azərbaycan Laçın yolunda NBM qurması prosesdə Moskvanın təzyiqlərini neytrallaşdırıb. Ermənistan Baş naziri Nikol Paşinyan da Rusiyanın vasitəçiliyinə qarşıdır.
Moskva prosesi pozmaq üçün cəhdlər edəcək, amma nəticəsiz olacağı şübhəsizdir. Rusiya hesab edir ki, vasitəçi özü olmalıdır. Amma, iki il yarım ərzində situasiyanı gərginləşdirib. Ümumiyyətlə, Moskva Azərbaycanla Ermənistan arasında vasitəçi olub, sülh müqaviləsinin bağlanmasına getməyəcək.

ABŞ vasitəçilik missiyasını uğurla davam etdirəcəksə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması realdır”.

Xəbər 2548 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +