XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


27.11.2020  17:04 

“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” - Paşinyan Zod qızıl yatağından danışdı





A+  A-

“Ermənistan və Azərbaycan dövlətləri SSRİ dövründə qəbul olunmuş sərhədlər əsasında delimitasiya prosesini həyata keçirirlər”.
XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa videomüraciəti zamanı Kəlbəcərin Zod yatağı ətrafında gedən prosesləri şərh edərək deyib.

O, prosesin 9 noyabr razılaşması çərçivəsində reallaşdığını söyləyib. Paşinyan qeyd edib ki, sənədin imzalandığı vəziyyətdə sadəcə başqa yol yox idi. Baş nazir digər variantın daha pis olacağını söyləyib.

“Məni ən çox suallara cavab tapmaq maraqlandırır. Ancaq bu uzun bir prosesdir və bu gün isə dərhal həll edilməsi lazım olan məsələlər var. Ən vaciblərindən biri daxili və xarici təhlükəsizliyin təmin edilməsidir. Və atılmalı olan addımlardan biri nə qədər xoşagəlməz olsa da 9 Noyabr razılaşmasının həyata keçirilməsidir”,-deyə Paşinyan qeyd edib.

O, müqavilənin həyata keçirilməsinin Sovet Ermənistanının sərhədi kimi tanınan Qeqarkunik bölgəsində Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsini də nəzərdə tutduğunu qeyd edib.

“Üstəlik, bu sərhəd gözlə deyil, GPS koordinatları ilə müəyyənləşdirilir. Artıq izah edildiyi kimi, Zod mədəninin bir hissəsi Sovet Ermənistanı, digər hissəsi isə Sovet Azərbaycanı ərazisində mövcud olub”,-deyə Paşinyan qeyd edib.

Paşinyan həmçinin əlavə edib ki, delimitasiya prosesi Azərbaycan tərəfinin də iştirakı ilə baş verməli olan mürəkkəb bir prosesdir.



Xəbər 3160 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +