Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq


02.02.2017  14:07 

Əli Həsənov Ər-Riyadda Səudiyyə Ərəbistanının Kralı ilə görüşüb





A+  A-


Fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövləti başçısına çatdırmağı xahiş edib.

Prezidentin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə Kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.



Xəbər 3449 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +