Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


06.10.2023  13:24 

“Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edilib





A+  A-

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edir.

Xəzərnews.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizin simvolu olan 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyət və siyasi iradəsi ilə qüdrətli ordumuz torpaqlarımızın otuzillik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

“Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi xalqımıza əbədi Qələbə ruhu bəxş edən tariximizin bu şanlı səhifəsini gənclərin gözü ilə görmək və inkişafını dəstəkləmək, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılmasından ibarətdir.

Müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir. Layihədə 16-25 yaş arası gənclər iştirak edə bilərlər. İştirakçılar 25 oktyabr tarixinə qədər əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər. Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşlənmə texnikası sərbəstdir. Qaliblər iki kateqoriya üzrə müəyyən olunacaqlar. Hər kateqoriya üzrə 3 qalib nəzərdə tutulub.

Müsabiqənin nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı elan ediləcək. Ətraflı məlumat üçün +994 50 715 57 55 və ya 055 715 57 55 nömrələri ilə əlaqə saxlamaq olar.

Xəbər 8062 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +