Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


04.10.2023  12:06 

İran sərhəddə öz müşahidəçilərini göndərir?





A+  A-

İran Ermənistan və Azərbaycan sərhədlərinə öz müşahidəçilərini göndərməyə hazırdır.

Xəzərnews.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.

Onun sözlərinə görə, Tehran Qafqaz regionunda gərginliyin azaldılmasına töhfə verməyə hazırdır.

Cənubi Qafqazda baş verən hadisələrin regionun təhlükəsizliyinə təsir etdiyini deyən Baqeri qeyd edib ki, gərginliyin davam etməsi Ermənistan, Azərbaycan və digər region ölkələrinin maraqlarına cavab vermir.
İranın Ermənistan və Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazır olduğunu bildirən Baqerni vurğulayıb ki, hansısa ölkənin müdafiə qabiliyyətinin artırılmasının arxasında heç bir təcavüzkar məqsəd və ya niyyət olmamalıdır:

“Bölgədə sülh və əmin-amanlıq bütün ölkələrin maraqlarına uyğundur. Qafqazda təhlükəsizliyi region ölkələri təmin etməlidir. Burada regiondankənar qüvvələrin mövcudluğu sülhə ziddir”.

ABŞ-ın Ermənistandakı son hərbi təlimlərinə toxunan general Baqeri bildirib ki, regiondankənar qüvvələrin mövcudluğu qeyri-sabitliyə səbəb olacaq.

Xəbər 4045 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +