Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


12.01.2023  11:05 

Yağıntılar kəsəcək, temperatur yüksələcək





A+  A-

Yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub.

XəzərNews.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19, Göytəpədə 17, Qusarda 16, Qax, Yardımlıda 15, Şabran, Qobustanda 14, Biləsuvar, İsmayıllıda 10, Lənkəranda 9, Göyçayda 8, Salyan, Daşkəsəndə 7, Zərdabda 6, Göygöldə 5, Oğuz, Cəfərxan, Gədəbəydə 4, Ağdərədə 3, Ağdamda 2, Ağsu, Qrız, Zaqatala, Astara, Bərdədə 1, Binədə 9, Bakıda 7 sm olub.
“Cənub-şərq küləyinin sürəti Şabranda 20 m/s-dək güclənib. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qəbələ, Qax, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb”, - Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, havanın minimal temperaturu Bakıda iqlim normasından 5,3 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvan MR-da və dağlıq rayonlarda 8-13 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub:

“Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu həftənin sonunadək tədricən 4-6 dərəcə yüksələcək”.

Xəbər 2465 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +