Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


02.01.2023  10:11 

Bəzi vəzifə sahibləri daha xalqı soyma­yacaqlar...





A+  A-

Bu il hərə öz yerini biləcək. Yəni siyasətçi siyasətlə məşğul olacaq, qəzetçi qəzetini bu­raxmaqla.

Hamı öz halal maaşı ilə dolanacaq, çünki əməkhaqları minimum əməkhaqqının yüzdə biri qədər artacaq.

Alver o dərəcədə inkişaf edəcək ki, qiymət­lər getdikcə bahalaşmayacaq. Xlor satanlar daha xlor satmayacaqlar. Bir sözlə, kasıblığın daşını atacağıq.

Bəzi vəzifə sahibləri daha xalqı soyma­yacaqlar, rüşvət almayacaqlar. Onlara ancaq “hörmət” edilə bilər.

Nazirlər həmişəki kimi “hazıra nazir” olma­yacaqlar, qollarını çırmayıb işə girişəcəklər.

Yüksək mənsəb sahiblərinə tərif demək eyib sayılacaq. Yaltaqlıq azalacaq.

Gündə bir partiya yaranmayacaq, çünki partiya göbələk deyil ki, artsın, törəsin.

Müxalifət iqtidarı, iqtidar müxalifəti söy­məyəcək. Ümumiyyətlə, “iqtidar”, “müxalifət” sözləri aradan götürüləcək, “haqq” olacaq, “nahaqq” olacaq, vəssalam.

Kimin pulu çoxdur gedib villadan-zaddan tikdirəcək, daha aləmi bir-birinə vuruşdurub, vəzifə tutmaq fikrinə düşməyəcək.

Millət vəkilləri nəhayət bir-birindən gözəl, “yaraşıqlı” qanunlar yaradacaqlar, daha Məc­lisdə cümlə düzəltməklə məşğul olmayacaqlar.

Şəhərdə uşaqlar piston partlatmayacaqlar, deməli, qocalar, xəstələr, elə sağlam adamla­rın özləri də adam kimi sakit yaşayacaqlar.

Bir sözlə, pişik siçanla yola gedəcək, tülkü toyuqla. Atı itin yanına, iti atın yanına bağla­maq mümkün olacaq.

Bu ilin ulduz falının dediklərimizə şəkk gə­tirənlərə qətiyyən dəxli yoxdur.

Xeyrəddin QOCA,
yazıçı-dramaturq

Xəbər 2582 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +