Rəqs edən həkim, yenidən iş başında? -VİDEO
ABŞ-ın dövlət borcu rekord həddə...
Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var


20.06.2022  12:07 

Görün insanları necə aldadırlar? - Azərbaycanda/Foto





A+  A-

""DİQQƏT! Deməli son günlərdə bir "şirkət" çıxıb ortaya və insanları sürətlə aldatmağa başlayıb. Adları "Ləziz Dad Broyler" MMC gedir... Deməli, bunlar guya yeni şirkətdir və qeydiyyatdan keçmək üçün insanlardan sənədləri tələb edir. Ardından isə "təcili" sağlamlıq haqqında arayış istəyirlər. Vətəndaşlar da qalır çaş-baş ki, bu dəqiqə arayışı haradan alsınlar... Daha sonra onlara mesaj göndərilir. "Arif müəllimin göstərişi əsasında və sizə kömək məqsədilə, sağlamlıq haqqında elektron arayışı asanlıqla əldə etməniz üçün sizə rəsmi səhfə göndərilir (elektron-arayis.online). Bu səhifədən asanlıqla əldə edə biləsiniz. Səhiyyə nazirliyinin tabeliyində olan "xidmətdir" Sayta daxil olanda isə qarşınıza normal dizayn edilmiş bir bölmə çıxır".

Bu barədə teleaparıcı Amil Xəlil məlumat verib.

Teleaparıcı dələduzluq əməli ilə bağlı Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tədbir görəcəyinə inandığını deyib:

"10 manat ödənildikdən sonra həmin şəxslərə mesaj göndərilir ki, "Bəs 50 manat da ödəməlisiniz".

Qeyd edim ki, saytın Səhiyyə Nazirliyi ilə bağlılığı qəti yoxdur. Xaricdən idarə olunur. Hətta 50 manatı ödəyənlər də olub. Bu adamlar başqa-başqa adlarla insanları aldatmaqa davam edir. Vətəndaşların arasında sağlamlıq haqqında arayışın heç vaxt onlayn verilməsinin mümkün olmamasını bilməyənlər də çoxluq təşkil edir. Yüzlərlə insan bir gündə aldanıb... Hətta aldanmaqa davam edən insanlar da var. Həmin dələduzların nömrələri məndə var. İnanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu adamlarla bağlı tədbirlər görəcəklər"./Yenisabah.az

Xəbər 2933 dəfə oxunub.



02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU


BÜTÜN XƏBƏRLƏR +