Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


30.11.2021  14:01 

Dekabrın 1-nin havası: Yağmursuz keçəcək...





A+  A-

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Xəbər 3231 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +