Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək
Şahin Bağırov rəis müavini təyin etdi
Alı Alıyevin nümayəndəsinə “stop“ qoyuldu


05.07.2021  13:49 

Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?





A+  A-

İyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və iqlim şəraiti üçün xarakterikdir.

Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub.

Hazırda avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.



Xəbər 3572 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır

03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı


BÜTÜN XƏBƏRLƏR +