Prezident İraq Prezidentinə təbrik məktubu ünvanlayıb
Ukrayna daha bir ölkə ilə diplomatik münasibətləri kəsdi
Amerikalı milyarder Britaniyanın baş nazirini tənqid etdi
Azərbaycan nefti ucuzlaşdı
Zavodda güclü partlayış -VİDEO
Bu ölkədə MOSSAD üzvü saxlanıldı
Krımda yanacaq qıtlığı yaranıb
Sərnişin sürücünü xəstəxanalıq ETDİ
Münhendə dronlar səbəbindən uçuşlar dayandırılıb
Azərbaycan bu diplomları tanımır - Siyahı


19.06.2020  12:29 

Bu şəxslərin Azərbaycanda olma müddəti uzadıldı





A+  A-

Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust tarixinədək bitəcək olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust tarixinədək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti 1 avqust tarixinədək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Xəbər 3406 dəfə oxunub.



03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb

02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü


BÜTÜN XƏBƏRLƏR +