Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


08.06.2019  16:42 

Nazir 170 gəncin polisə qəbul olunmasını tapşırdı





A+  A-

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirib.
XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, aidiyyatı baş idarə və ərazi polis orqanları rəislərinin də iştirak etdikləri tədbirdə qeyd olunan bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 380 şəxs iştirak edib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 170 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tövsiyələrini verib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər 2825 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +