Məşhur müğənni Ağ şəhərdən yarım milyona ev aldı
Münhen hava limanı bağlandı
Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia


15.05.2018  11:57 

Qəbul imtahanı verən abituriyentlərin DİQQƏTİNƏ!





A+  A-

Məlum olduğu kimi mayın 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün qəbul imtahanı keçirilib.
İmtahandan dərhal sonra «Space» telekanalında 4 saat müddətində canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.

Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a bildirilib ki, bundan əlavə test tapşırıqlarının doğru cavab etalonları, sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Mayın 14-dən etibarən isə imtahanda istifadə olunmuş tapşırıqların məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb və hazırda Komissiya işini davam etdirir.

Bu gün axşam saatlarında imtahan nəticələrinin elan olunması nəzərdə tutulur. Nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə yenidən canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcəkdir.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi göstərilməlidir.

Xəbər 2756 dəfə oxunub.




04.10.2025  10:07 

Münhen hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +