Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


16.02.2017  11:48 

“Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır” - Təhsil naziri





A+  A-


Azərbaycanda orta məktəblər zəruri avadanlıqlarla təmin edilir, internetə qoşulur, bununla da şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır.

XəzərNews.az xəbər verir ki, bunu bu gün "Sabahın alimləri" 6-cı Respublika Müsabiqəsinin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

"Sabahın alimləri" müsabiqəsinə ölkə miqyasında marağın artdığını deyən nazir əlavə edib ki, məktəblərdə tədqiqatyönümlü fəaliyyətlə məşğul olan şagirdlərin də sayı ildən-ilə artır: "Bu gün müsabiqədə iştirak edən şagirdlər gələcəkdə ali məktəblərin Sabah qruplarında təhsil ala bilərlər. Onlar gələcəyin alimləri ola bilərlər".

Nazir bildirib ki, "Sabahın alimləri" müsabiqəsində iştirak edən şagirdlərin nailiyyətləri Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir.

Onun sözlərinə görə, məlum olub ki, ötən il ümumtəhsil müəssisələrini qızıl və ya gümüş medallar bitirmiş 158 məzundan 38-i son 4 ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.

 



Xəbər 3668 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +