Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


29.08.2025  14:38 

“Slim Diet“dən sifariş olunan pizza bərbad halda gəldi





A+  A-

Bakıda fəaliyyət göstərən "Slim Diet" restoranından edilən sifariş müştərinin ciddi narazılığına səbəb olub.

XəzərNews.az Yurd.Media-ya istinadla xəbər verir ki, sosial mediada paylaşım edən müştəri saat 11:18-də verdiyi sifarişi 12:53-də, təxminən 1 saat 30 dəqiqə gözlədikdən sonra əldə edib.

Lakin, müştərini gözləmə müddətindən daha çox narahat edən məqam pizzanın vəziyyəti olub. Müştərinin bildirdiyinə görə, pizza düzgün paketlənməyib və qutuda uzununa yerləşdirilib. Nəticədə sifariş verilən məhsul öz formasını itirərək tamamilə dağılmış vəziyyətdə çatdırılıb.

Son illərdə Azərbaycanda sürətlə inkişaf edən çatdırılma xidmətləri və onlayn qida sifarişləri sahəsində rəqabət artmaqdadır. Statistikalara görə, paytaxt Bakıda hər gün təxminən 50 mindən çox onlayn qida sifarişi həyata keçirilir. Bu rəqəmlərin fonunda xidmət keyfiyyəti və müştəri məmnuniyyəti əsas rəqabət üstünlüyünə çevrilir.

Qeyd edək ki, paylaşımın rəy bölməsində "Slim Diet"dən digər problemlərlə üzləşən şəxslər də məlumat veriblər: "sifariş olunan məhsulları dəfələrlə paketə qoyulmayıb", "başqa restoranlardan 30 dəqiqəyə gətirilən, bişirilməsi belə lazım olmayan yeməkləri gətirmək çox uzun çəkir", "problemi tez deyil, çox bacarıqsızlıqla həll edirlər, onlara yüz dəfə yazmalı oldum".





Xəbər 2431 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +