Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


01.02.2021  15:38 

Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək haqda qanun qəbul edildi





A+  A-

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
XəzərNews.az xəbər verir ki, protokolda Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Bunlara diplomatik pasport, xidməti pasport, ümumvətəndaş pasportu, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən), Azərbaycan dənizçisinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda), dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə), uçuş heyətinin şəxsiyyət vəsiqəsi, Azərbaycan vətəndaşına rəsmiləşdirilən Azərbaycanın qayıdış şəhadətnaməsi (Azərbaycana qayıtmaq üçün Türkiyədə yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün) sənədlər daxildir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər 3710 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +