Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


17.09.2025  12:17 

Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər





A+  A-

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Böyük Britaniyaya dövlət səfərinə yollanıblar. Beynəlxalq media bu səfəri “görünməmiş” hadisə kimi qiymətləndirib.

XəzərNews.az xəbər verir ki, BBC News yazır ki, Böyük Britaniyaya dövlət səfəri yalnız kralın dəvəti və hökumətin tövsiyəsi əsasında baş tutur. Tramp bu statusla Londona gələn üçüncü ABŞ prezidentidir – ondan əvvəl 2003-cü ildə Corc Buş, 2011-ci ildə isə Barak Obama bu imkanı əldə etmişdi.

Donald Trampın Böyük Britaniyaya ilk dövlət səfəri onun prezidentliyi dövründə – 2019-cu ildə baş tutub. Həmin səfər çərçivəsində o, mərhum Kraliça II Yelizaveta, şahzadə Çarlz və xanımı Kamilla, eləcə də ölkənin baş naziri ilə görüşlər keçirmişdi.

Media qeyd edir ki, Trampın hazırkı səfəri də həm rəsmi təmtəraq, həm də diplomatik əhəmiyyət baxımından diqqət çəkir və iki ölkə arasında münasibətlərin simvolik məqamı hesab olunur.

Xəbər 2609 dəfə oxunub.



22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +