Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib
Prezident: Regionda inam və təhlükəsizlik əsas hədəfdir
Daha bir təyyarə təcili eniş etdi
Putinin diqqət çəkən AÇIQLAMASI -VİDEO
Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar


15.09.2025  12:16 

Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?





A+  A-

Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan TV”-nin Feysbuk səhifəsində Səidə Bəkirqızının ünvanına alovlu təbrik yazılıb. Heç şübhəsiz ki, 54 min izləyicisi olan TV-nin bu təbriki Qərbi Azərbaycan İcmasının mövqeyini özündə əks etdirir. Niyə məhz indiki situasiyada? S.Bəkirqızının doğum günüdür, sırf buna görəmi?! Əslən Qərbi Azərbaycandan olan xeyli sayda jurnalist var, İcma bunların hansını təbrik edir!?

Təbrikdə səslənən fikirlər xanım jurnalistin məcburi köçkünlərlə bağlı qalmaqallı çıxışlarına açıq dəstəyin ifadə olunmasıdır. İnsanların təbrik olunması, xüsusilə də xanımların diqqətə alınması təqdirəlayiqdir.

Amma...

Ölkədə çox maraqlı proseslər baş verir və məlumatlı şəxslər bu proseslərin hansı məqsədlərə xidmət etdiyini yaxşı bilirlər. Dövlətin strateji hədəflərindən birinin reallaşması üçün üç il bundan əvvəl yaradılan Qərbi Azərbaycan İcmasının emosional tərəfkeşlik nümayiş etdirməsi ciddi şübhələr və suallar yaradır.

Qərbi Azərbaycan İcmasına iki sualım var:

BİRİNCİSİ, S.Bəkirqızı “Space” TV-dən aşağıdakı bu fikirlərinə görə qovulub: “Yeniyetməyə tə*cavüz edənlərin qızına da eyni hərəkəti etmək lazımdır ki, başa düşsünlər...”.

Sual edirəm, Qərbi Azərbaycan İcması təbrik etdiyi S.Bəkirqızının bu fikirlərini də bölüşürmü? Çünki təbrikdə jurnalist “sözün düzünü deyən, qorxmaz, dürüst və cəsarətli” adlandırılır. Məhz belə bir ərəfədə nümayişkəranə mövqe sərgiləmək təsadüf hesab oluna bilməz. Qərbi Azərbaycan İcması bunu da bilməmiş deyil ki, S.Bəkirqızı bu sözləri ilə azyaşlı qızları zorlamağa məruz qoymaq üçün efirdən çağırış edir. Bu, cinayətə təşviqdir və qanunla məsuliyyət yaradır. Xanımın ağır travmatik xəstəlikdən əziyyət çəkdiyi açıq görünür, jurnalistikanın prinsiplərindən tamamilə xəbərsizdir, klassik vətənpərvərlər kimi çıxışlarında ağlamaqla kütlənin həssas yerlərinə nüfuz edə bilib.

İKİNCİSİ, tutaq ki, sabah Zəngəzur, Göyçə və Dərələyəz geri qayıtdı. O halda qərbi azərbaycanlıların hamısı Bakıdakı mülklərini, işlərini, qurduqları həyatlarını qoyub doğma yurdlarına geri dönəcəklərmi? Yaxud, qərbi azərbaycanlıların özbaşına köç edib həmin torpaqlarda rahat yaşamaq imkanları olacaqmı?

Bəs, onda necə olacaq - S.Bəkirqızının bu gün toplum halda qarabağlıların ünvanına səsləndirdiyi “niyə qayıtmırsınız torpaqlarınıza?” ittihamı sabah qərbi azərbaycanlıların ünvanına səslənsə, Qərbi Azərbaycan İcması yenə də onu tərifləyib dəstəkləyəcəkmi?

Qeyd edim ki, Qərbi Azərbaycan İcmasının əsas ideoloji funksiyalarından biri bölücülüyü, regionçuluğu, ayrıseçkiliyi dəstəkləmək yox, bütövlüyümüzə töhfə verməkdir. Eləcə də Qərbi Azərbaycana qayıdış təkcə qarabağlıların vəzifəsi deyil, qarabağlı, şamaxılı, naxçıvanlı, yardımlılı, gəncəli də və s. bu müqtədir missiyanın əsas dəstəkçiləridir.

Samir Feyruzov

Xəbər 4752 dəfə oxunub.




21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza


BÜTÜN XƏBƏRLƏR +