“Əli və Nino” kitab sərgisini niyə tərk etdi? - Qalmaqal
Zirvənin zarafatı: Əliyev, Makron və Edi Rama...
İrandan Azərbaycana 15 kiloqram narkotik keçirmək istədilər
Elm və Təhsil Nazirliyində yarpaq tökümü...
Sabah 24 dərəcə isti gözlənilir
Rusiya ordusu Ukrayna PUA-larını məhv edib
Azərbaycanda maaş sistemi yaradılır - Məmurların maaşı kəskin artacaq?
Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib


26.01.2024  16:02 

Natiq Məmmədli İcraçı direktorun müavini oldu





A+  A-

Bu gün Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.

İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub.

Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.

Xəbər 3410 dəfə oxunub.




02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir

02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0


BÜTÜN XƏBƏRLƏR +