İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


10.01.2023  11:17 

Sahibə Qafarova İran parlamentinin sədri ilə nədən danışıb?





A+  A-

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, Türkiyə parlamentinin sədri Mustafa Şentop və Azərbaycan parlamentinin sədri Sahibə Qafarova arasında görüş olub.

XəzərNews.az xəbər verir ki, görüşdə ölkələrarası münasibətlər və regional məsələlər müzakirə olunub.

"Qonşu ölkə Azərbaycan İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir və ikitərəfli əlaqələrlə yanaşı, parlament əlaqələrinin mümkünlüyü də bu əlaqələrdə böyük rol oynaya bilər. Bu gün iki ölkə münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir və əminəm ki, iki ölkənin rəsmiləri əlaqələri dərindən inkişaf etdirmək istəyirlər" -deyə İran parlamentinin sədri bildirib.

Sahibə Qafarova da öz növbəsində Qalibafla görüşdən məmnunluğunu bildirib, İran İslam Respublikası ilə beynəlxalq səviyyədə əməkdaşlığa çağırıb.

“Mən dəfələrlə ölkənizə səfər etmişəm və sizi Azərbaycana səfərə dəvət edirəm. İki ölkəni yaxınlaşdıran təkcə coğrafiya və sərhədlərin yaxınlığı deyil, həm də bizim hər ikimiz müsəlman olmağımız və İran əhalisinin əksəriyyətinin Azərbaycan dilində danışmasıdır”, - deyə S.Qafarova əlavə edib.

XəzərNews.az

Xəbər 2600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +